Nazir həbs olunan direktorun yerinə TƏYİNAT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda saxlanılan kollec direktorunun yerinə təyinat olub.
BAKU.WS Modern.az-a istinadla məlumat verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Xosrov Musayev Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub. X.Musayev bu günə qədər həmin kollecdə müəllim işləyib.
Qeyd edək ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və müavini İlqar Dursunov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən iş otağında tutularaq istintaqa cəlb edilib.
Oxşar xəbərlər
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...