Nazir: "Əvvəl elə müəllimlər var idi ki, ərizə yaza bilmirdilər"
"Əvvəl elə müəllimlər var idi ki, ərizəni, "müəllim", "qrup" sözlərini düzgün yazmırdılar. İndi elə müəllimlər yoxdur".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2026: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən, ikinci dövriyyədə 50 bal toplayan müəllimlərin əməkhaqqı 10% artacaq:
"Sertifikatlaşdırma prosesinin ikinci mərhələsi ilə bağlı müzakirələr davam edəcək. Ümumilikdə sertifikatlaşdırmanın ikinci dövriyyəsi ilə bağlı müzakirələr aparılacaq. Biz elə suallar yazmalıyıq ki, nə birdən-birə müəllimlərin 25%-i kəsilsin, nə də asan suallar qoymamalıyıq ki, hamı yüksək bal toplasın. Bizim xeyli yaxşı müəllimimiz var, zəif müəllimlərin sayı azdır. İndi müəllimlərimizin bir-birindən fərqi çox azdır".
Oxşar xəbərlər
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
Sosial şəbəkələrdə ətrafı tullantılarla çirkləndirən sürücünün görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, "Ford" markalı avtombilin sürcüsü maşınını bir yerd...