Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Aynal oğlu Seyidməmmədov öz ərizəsinə əsasən ehtiyata buraxılıb.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bir neçə gün əvvəl bu barədə əmr imzalayıb.
Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...