Nazir: İş adamları yaşıllıq olan ərazilərdə iş görməməlidir

Nazir: İş adamları yaşıllıq olan ərazilərdə iş görməməlidir
Sosial 1301
"Təbiəti qorumaq təkcə hüquq-mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır".Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.Onun sözlərinə görə, ağacı kəsərək maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır: "Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər".Nazir bildirib ki, iş adamları da şüurlu düşünməli və yaşıllıq olan ərazilərdə iş görməməlidir:"Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son 2 ildə bununla bağlı vurulan ziyan əhəmiyyətli dərəcədə olanda sərt cəzalar tətbiq edilir".BAKU.WS

Son xəbərlər