Nazim İbrahimovun qardaşı həbsdən azad edildi
13
sen
2018
16:24
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov ev dustaqlığına buraxılıbOxu.Az-ın əldə etdiyi xəbərə görə, S.İbrahimovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət Binəqədi Rayon Məhkəməsində təmin edilib. O, həbsdən azad edilərək, ev dustaqlığına buraxılıb.Qeyd edək ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.BAKU.WS
Oxşar xəbərlər
Sahib İbrahimov keçmiş nazirə də “atıb” - Yeni detallar üzə çıxıb
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun həbs edildiyini xəbər vermişdik. Onun ittiham olunduğu C...