Naxçıvanda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq olub
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, konsertdə tanınmış ifaçılar tərəfindən qələbə ovqatlı mahnılar səsləndirilib, vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş etdirilib, rəqs qruplarının rəngarəng çıxışları olub. Bayram tədbiri saat 18:00-da başlayıb və 3 saat davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.
Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublika Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Qalereya
Oxşar xəbərlər
7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür - Akademiyadan REPORTAJ
Beynəlxalq Mülki Aviasiya Konvensiyasının imzalanmasının 50 illiyi ilə əlaqədar olaraq 1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən 7 dekabr Beynəlxalq M...