Naxçıvanda rəhbər vəzifələrə təyinatlar olub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin əmri ilə rəhbər vəzifələrə təyinatlar olub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində, Naxçıvan şəhər və Şahbuz rayon təhsil şöbələrində vakant vəzifələrin tutulması üçün keçirilən daxili və ümumi müsahibədə uğur qazanan namizədlər yeni vəzifələrə təyin olunublar.
Belə ki, Təhminə Mustafayeva Naxçıvan şəhər, Elşən Babayev Şahbuz rayon təhsil şöbələrinə müdir, Hüseyn Qəhrəmanov Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunda sektor müdiri, Ramalə Niftiyeva və Eldar Nadirli isə Təhsil Nazirliyinin Aparatına aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, müvafiq vəzifələrə təyin olunmamışdan əvvəl Təhminə Mustafayeva Naxçıvan şəhər Təhsil Şöbəsində müdir əvəzi, Elşən Babayev Ordubad rayon Təhsil Şöbəsində, Hüseyn Qəhrəmanov Şahbuz rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi, Ramalə Niftiyeva Təhsil Nazirliyi Aparatında məsləhətçi, Eldar Nadirli isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışıblar.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...