Naxçıvan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 14,8 milyonluq LAYİHƏ
"Azərişıq" ASC tərəfindən Naxçıvan Muxtar Respublikasında elektrik infrastrukturunun yenilənməsi ilə bağlı böyük həcmli layihə icra olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bir neçə yaşayış məntəqəsində elektrik sistemi tam şəkildə yenidən qurulacaq.
Layihənin ümumi dəyəri təxminən 14,8 milyon manat olacaq.
İşlər Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsi, Babək rayonunun Nəzərabad-Dividar, Ordubad rayonunun Dəstə, Şahbuz rayonunun Kükü və Kəngərli rayonunun Təzəkənd-Xıncab kəndlərini əhatə edəcək.
Bu layihə köhnə elektrik xətlərinin və transformatorların dəyişdirilməsi, daha müasir və təhlükəsiz sistemlərlə əvəz olunmasını nəzərdə tutur. Buraya yeni transformator məntəqələrinin qurulması, 10 və 0,4 kilovoltluq elektrik xətlərinin yenilənməsi daxildir. Məqsəd elektrik təchizatını daha stabil, fasiləsiz və keyfiyyətli etməkdir.
Oxşar xəbərlər
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər?
"Hazırda bizim küçədə altı-yeddi nəfər yağışsız havada evini satıb getmək üçün fürsət gözləyir. Mən özüm də şəxsən evimi satmaq niyyətindəyəm. Aldığım evin üzər...