Naxçıvan sakinlərinə ŞAD XƏBƏR: Bu xidmətdən istifadə edə biləcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin ("ASAN Xidmət") bu günlərdə Türkiyənin Samsun şəhərində təşkil etdiyi "Səyyar ASAN Xidmət"ə müraciət etmiş şəxslər arasında Naxçıvan MR-nın sakinləri də olub.
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini Yəhya Babanlı bildirib.
Bununla belə, onun sözlərinə görə, naxçıvanlılar haqqında məlumatlar ümumi bazaya daxil edilmədiyi üçün onlar ilk dəfə xaricdə təşkil edilmiş "Səyyar ASAN Xidmət"dən istifadə edə bilməyiblər və narazı qalıblar: "Amma biz onlara izah etdik ki, tezliklə bu məsələ ən yüksək səviyyədə həll ediləcək. Naxçıvanlılar da vətəndaşlarımızdır. Onlar da dövlət səviyyəsində göstərilən bütün xidmətlərdən faydalana biləcəklər".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...