Nardaranda məscid bağlandı

Nardaranda məscid bağlandı
Sosial 1039

Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Nardaran sakinləri bildiriblər. Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü "Müsəlman birliyi hərəkatı” adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmış. Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qətimkan tədbiri seçilib. BAKU.WS

Oxşar xəbərlər

Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat veriblər. Məlumata əsasən, N...

1281 Hadisə 17:51 09 dekabr 2015

Son xəbərlər