Muxtar Babayev: "UNEP-ə Xəzərdə dayazlaşmanın səbəblərinin araşdırılması üçün müraciət edilib"
"BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Xəzər dənizində dayazlaşmanın səbəbləri ilə bağlı araşdırmanın ilkin layihəsini Azərbaycana təqdim edib".
BAKU.WS xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Azərbaycan Televiziyasında (AzTV) yayımlanan "Həftə" verilişində deyib.
O vurğulayıb ki, UNEP-ə Xəzərdə dayazlaşmanın səbəblərinin araşdırılması ilə bağlı müraciət edilib:
"Bizə ilkin layihə təqdim edilib. Əsas səbəb çaylarda sululuğun azalması göstərildi. Burada digər amillər - istiləşmə, yağıntıların qeyri-bərabər paylanması var. Əsasən, dayazlaşmaya səbəb kimi çayların gətirdiyi suların azlığı göstərilir".
Muxtar Babayev əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələrin aparılması üçün ölkələri, müxtəlif beynəlxalq təşkilatları açıq dialoqa çağırır.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir
12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. BAKU.WS O...