Muxtar Babayev: "İqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını dəyişdirir"

Muxtar Babayev: İqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını dəyişdirir
Sosial 42

"Bu gün dünya artan geosiyasi parçalanma, ekoloji təzyiqlər və sürətlənən iqlim təsirləri ilə üz-üzədir".

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Erkən xəbərdarlıq və iqlimə davamlı şəhərlər" adlı tədbirdə, Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində bildirib.

O həmçini qeyd edib ki, iqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını dəyişdirir:

"Ekstremal hava hadisələri daha tez-tez, daha intensiv və daha az proqnozlaşdırıla bilən xarakter alır. World Meteorological Organization-nun məlumatına görə, son onillik qeydə alınmış ən isti dövr olmuş, son üç il isə qlobal miqyasda müşahidə edilən ən isti illər kimi tarixə düşmüşdür. Şəhərlər bu təsirlərin mərkəzində getdikcə daha çox yer alır. Daşqınlar, istilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri artıq infrastruktura ziyan vurur, əsas xidmətləri pozur və milyonlarla insanın həyatına təsir edir".

Muxtar Babayevin sözlərinə görə, erkən xəbərdarlıq sistemləri iqlimlə bağlı təhlükələr zamanı insan itkilərini və xəsarətləri azaltmaq, iqtisadi zərərləri minimuma endirmək və kritik infrastrukturu qorumaq üçün mühüm rol oynayır:

"Araşdırmalar göstərir ki, təhlükə hadisəsindən cəmi 24 saat əvvəl verilən xəbərdarlıq itki və zərərləri 30 faizə qədər azalda bilər.

Lakin rəqəmlərdən daha önəmlisi odur ki, erkən xəbərdarlıq sistemləri həyatları xilas edir. Onlar hazırlığı gücləndirir, dayanıqlılığı artırır və hökumətlərə vaxtında, elmi əsaslı və düzgün qərarlar verməyə imkan yaradır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər