Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib

Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib.
"Report"un Şimal bürosunun məlumatına görə, bu sözləri Şimal bölgəsində ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
Nazir vurğulayıb ki, 2024-cü ildə təkcə Qubada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib.
"Bugünkü ağacəkmə aksiyaları 2 Fevral - Gənclər Gününə həsr olunub. Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri də ağacəkmə prosesində fəal iştirak edir. Aksiyalar çərçivəsində əkilən ağacların inkişaf etməsinə də xüsusi diqqət yetirilir", - M.Babayev deyib.
Qeyd edək ki, meşəbərpa tədbirləri çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.
Oxşar xəbərlər
Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ
Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmal...
