Azərbaycanda məktəblər meymunçiçəyinə görə onlayn təhsilə keçir? - RƏSMİ CAVAB
Artıq yeni tədris ilinin başlamasına sayılı gün qalıb. Ancaq vətəndaşlar yeni pandemiyanının başlanacağından narahatdırlar. Belə ki, saytımızın "qaynar xətti"nə gələn sorğuların çoxu valideynlərin meymunçiçəyinin yayılma riski ilə bağlı tədrisin onlayn olacağı və ya ertələnəcəyini bağlı olub.
Mözvu ilə bağlı BAKU.WS-ə açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, Yeni tədris ilinə hazırlıq məqsədi ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir.
“Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir. Bildiririk ki, məktəblilər arasında hər hansı xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq ənənəvi olaraq məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.”
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...