MÜTDA "Son zəng" tədbirləri ilə bağlı çağırış edib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Son Zəng" tədbirləri ilə bağlı çağırış edib.
BAKU.WS xəbər verir ki, çağırışda deyilir:
"14 iyun tarixində ölkənin bütün tam orta ümumtəhsil müəssisələrində ənənəvi "Son Zəng" çalınacaq. Bu münasibətlə bütün məzunlarımızı, onların yaxınlarını və müəllimlərini təbrik edirik!
Xatırladırıq ki, "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb. Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır".
Oxşar xəbərlər
Emin Əmrullayev Hacıqabulda "Son zəng" mərasimində iştirak edib
Elm və təhsil naziri Emin Əmrullayev Hacıqabulda "Son zəng" tədbirində iştirak edib. BAKU.WS report-a istinadən xəbər verir ki, nazir Hacıqabul rayonu 10 nömrəl...
