Müəllimlər həyəcan içindədir: 2 günün pulu maaşdan çıxılacaq? - RƏSMİ CAVAB
21
yan
2019
15:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən həftə hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar təhsil naziri Ceyhun Bayramovun əmrilə yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırıldı və bütün tədbirlər təxirə salındı. BAKU.WS-ə daxil olan məlumata görə, həmin günlərin pulu müəllimlərin əmək haqqından çıxarılacaq. Artıq məsələ ilə bağlı bəzi təhsil ocaqlarında çalışan müəllimlər qeyri-rəsmi olaraq məlumatlandırılıb. Maaşlarını az alacağından narahat olan təhsil işçiləri narazılıqlarını kimə müraciət edəcəklərini bilmirlər.Təhsil Nazirliyindən BAKU.WS-ə verilən açıqlamada, yayılan söz-söhbətin əsassız olduğu bildirildi: "Mövcud əmək qanunvericiliyinə uyğun olaraq 17-18 yanvar tarixləri üzrə işçilərin əməkhaqqı ödəniləcək".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Güclü külək Bakıda məktəblərin damını uçurtdu, pəncərələrini sındırdı
Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.BAKU.WS xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil...