Mühərrikli arabalar kimlərə verilir?

Mühərrikli arabalar kimlərə verilir?
Sosial 135

“Mühərrikli arabalar həm yerimə qabiliyyətini itirən, həm də sadə əlil arabasını idarəetmə qabiliyyətində olmayan şəxslərə verilir. Bu şəxslərdə əzələ gücünün 1 baldan və ya hərəkət həcminin 10 dərəcədən aşağı olması nəzərə alınır”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, sadə və mühərrikli arabaların təyini üçün dövlət tibb müəssisəsinin göndərişi (Forma 88) tələb olunurdu:

“İndi buna ehtiyac yoxdur. Şəxs və ya onun qəyyumu ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət edir. Müayinə olunur, ona tibbi göstəriş təyin olunur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər