"Mühasibat uçotu haqqında" Qanuna dəyişiklik edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq.
BAKU.WS President.Az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mühasibat uçotu haqqında" qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma "Elektron imza və elektron sənəd haqqında" qanuna uyğun olaraq təqdim etməlidirlər.
Qanun həmçinin "e-mühasibat" informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:
- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;
- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...