Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, "Rəqəmsal məktəb" layihəsi çərçivəsində hazırlanan "Müəllim" tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.
Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.
Hazırda "Müəllim" tətbiqi "Rəqəmsal məktəb" layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, tətbiq həm "iOS", həm də "Android" əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda "Müəllim" adı ilə axtarış edərək yükləyə bilərlər.
Oxşar xəbərlər
Qadınlar hansı yaşdan etibarən mütləq idmanla məşğul olmalıdır? – Mütəxəssislərdən açıqlama
Qadınların sağlamlığının qorunması üçün fiziki aktivlik hər yaşda vacibdir. Mütəxəssislər bildirirlər ki, konkret bir yaş həddi yoxdur. Lakin 30 yaşdan sonra id...