Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasimlərinin tarixi açıqlanıb
Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır"
"Uşaqların adı məktəbdədir, özü isə repetitor yanındadır". BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə aid...