Motosikletçi qız "Galendewagen" sürən oğlanı belə cəzalandırdı (VİDEO)
İnternetdə yayılan video böyük marağa səbəb olub. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, fəst-fud yedikdən sonra kağız qabını küçəyə atan «Mercedes - Galendewagen» sürücüsünü motostikletçi qız sərt tənbeh edir. O, oğlanın küçəyə atdığı kağız paketi götürərək maşının pəncərəsindən içəri atır və oradan uzaqlaşır. Videonun real hadisələr əsasında hazırlandığı və ya sosial yönümlü çarx olduğu bilinməsə də, küçəyə zibil atmağa görə ictimai qınağın olması arzuediləndir. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, maşından küçəyə zibil atan sürücü üçün 40 manat, sərnişin üçün isə 30 manat cərimə nəzərdə tutulur. BAKU.WS
Oxşar xəbərlər
Bakıda küçədə tapılan uşağın anası tərəfindən atıldığı məlum oldu (RƏSMİ)
Daxili İşlər Nazirliyi Bakıda küçədə tapılan azyaşlı uşaqla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurza...