Moldova səfirinin oğlu Şuşada "Şən Azərbaycan" mahnısını ifa edib
Yeniliklərdən dərhal xəbərdar olun
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun məşhur "Şən Azərbaycan" mahnısını ifa edib.
BAKU.WS xəbər veirir ki, müvafiq paylaşımı Moldova səfiri "Facebook" sosial şəbəkəsində yerləşdirib.
İstedadlı gənc mahnını Şuşa qalasının fonunda Azərbaycan və rus dillərində ifa edib.
"Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm! Oğlum bu mahnı ilə Azərbaycana olan hörmət və sevgisini ifadə edir", - diplomat videoya şərhində yazıb.
Qeyd edək ki, Slava Esaulenko Azərbaycan cəmiyyətinin mədəni həyatında fəal iştirak edir.
O, Bakı şəhərinin 20 nömrəli orta məktəbinin şagirdidir, eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava dəfələrlə müxtəlif mədəni tədbirlərdə çıxış edib və tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
Oxşar xəbərlər
Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. İranın təchizat yolları hədəfə alınır: Xəzər ABŞ-İran qarşıdurmasının yeni məkanına çevrilir...