Möcüzəni öz əllərinizlə yaradacaqsınız. “Soyuq əllər, isti ürək”
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il dekabr ayının 1-dən 2019-cü il yanvar ayının 6-na qədər artıq ənənə halını almış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası qapılarını Skandinaviyanın qış nağılları atmosferi həvəskarlarına açacaq.
Nərgis Fondunun rəhbərliyi illə hər il Fəvvarələr meydanında yeni il yarmarkası keçirilir. Yarmarka öz dekorasiyası, təklif olunan təamlar və yeni il çılçıraqları ilə ildən ilə daha gözəl təşkil olunaraq insanları valeh edir. Tədbirin keçirilməsi xeyriyyə məqsədlidir, toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsinə və əməliyyatına sərf olunacaq. Tədbirin təşkilatı işlərini Amapola Exclusive Event şirkəti öz üzərinə götürmüşdür.
Yarmarkanı ziyarət etməklə təamlardan dadmaq, bayramın gözəlliyini hiss etmək, orijinal yeni il hədiyyələri almaq və ən əsası öz əllərinizlə möcüzə yaratmaq imkanına sahib olacaqsınız.
Oxşar xəbərlər
McDonald’s Azərbaycan “Həyat” Xeyriyyə Fondu ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xeyriyyə aksiyası ilə qeyd etdi
1 iyun – gözəl bayram - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ənənəvi olaraq, bu bayramı xüsusilə qeyd edən McDonald's Azərbaycan bu dəfə əsas fəaliyyəti Azər...