Məmurların milyonluq avtomobilləri "qəpik-quruşa" satışa çıxarıldı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Çin hökuməti uzun müddət istismar olunmuş zirehli "Mercedes-Benz S-Class Pullman"ı satışa çıxarıb.
BAKU.WS-in məlumatına görə, sözügedən avtomobillərə məmurlar tərəfindən tələb azaldığı üçün hökumət belə bir addım atıb. "S500" və "S600 eksklüziv modellər qarajda və dayanacaqlarda saxlanılır və artıq üzərini toz bağlayıb.
Bu avtomobillər hər biri müştərinin tələblərinə uyğun olaraq sifariş edilib. Amma modellərin əksəriyyəti adi limuzin funksiyaları ilə təchiz olunub. "Shanghai Jinjiang Automobile Service" şirkəti bu avtomobilləri əlavə olaraq televizor və soyuducularla təchiz edib və buna görə modellər "Dynasty 1000" adını alıb.
Avtomobillərin satış qiyməti 76 000 - 96 000 dollar arasında dəyişir. Bu qiymət nadir nüsxələr üçün inanılmaz dərəcədə aşağı qiymətdir. Qiyməti yarım milyondan baha olan "qoca" "Pullman"lara tələbat yoxdur.
BAKU.WS
Oxşar xəbərlər
443 km "probeq"i olan 90-cı ilin Mercedes-i satılır (FOTO)
İnternet hərrac portalı eBay-da 90-cı illərin istehsalı olan iki Mercedes-Benz S-Class modeli yerləşdirilib. BAKU.WS-in məlumatına görə, yürüşü çox az olan avt...