Mercedes ucuzlaşdı, NİVA bahalaşdı
Bakıda son 10 gündə avtomobillər bahalaşmağa başlayıb. Eksperləri bildirirlər ki, Novruz bayramından sonra satışların nisbətən canlanması avtomobil alverçilərini də hərəkətə keçirib.
BAKU.WS-in məlumatına görə, hazırda nisbətən satışların artdığı avtomobillər 20-25 % bahalaşıb. Son bir neçə gündə qiymətlərin artması bazarla yanaşı avtomobil elan saytlarındada hiss olunur.
Elan verənlər qiymətləri dəyişir
Alsat.az elan saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, aprel ayının əvvəlindən qiymətlərinin yenilənməsi ilə bağlı müraciətlər 50 % artıb. Yəni, əvvəl sayt vasitəsilə avtomobilini 5 min manata satışa çıxaran vətəndaş, bazarda eyni maşının 7 min manata satıldığını eşidib qiyməti dərhal dəyişməyə başlayır. V.Hüseynov məsələ ilə bağlı avtomobil bazarına baş çəkdiyini, orada da qiymətlərin artdığının şahidi olduğunu deyib. O bildirib ki, avtomobillərin bahalaşması sırf alverçilərin qiymətlərə süni təsiri ilə bağlıdır. Bahalaşan avtomobillər isə daha çox alman, rus və yapon avtomobilləridir.
«Toyota Prado»lar 5-7 min dollar bahalaşıb
V.Hüseynovun sözlərinə görə, ən çox bahalaşan avtomobillər "Toyota” modelləridir. 2010-2012-ci ilin 2.7 mühərrikli "Toyota Prado” avtomobilləri 13-15 min dollarda 20 min dollara kimi bahalaşıb. Eyni istehsal tarixli "Toyota Land Cruiser” avtomobillərinin qiyməti isə 17-18 min dollardan 22-25 min dollara qədər yüksəlib. Ekspertin sözlərinə görə, bu avtomobillərin bahalaşmasına səbəb Azərbaycanda insanların iri avtomobillərə hədsiz vurğunluğudur: "Məsələn, əvvəl 2.0 l mühərrikli sedanı olan sürücü "Toyota Prado”nun kiçik mühərrikli olmasına aldanır. Yəni, kiçik mühərrikli daha çox yanacaq işlətməsindən xəbərsiz olur. Bir dəfə sürür. Komfortu görür və avtomobili alır”.
İndi «Vaz 2107» deyil, «Niva»lar dəbdədi
Avtomobil bazarında bəzi rus avtomobillərinin də bahalaşdığını deyir. V.Hüseynov xüsusilə də "Niva” avtomobillərinin qiymətinin xeyli artdığını deyir. Məsələn, əvvəl 6 min manata satılan "Niva” bazarda 10 min manata kimi bahalaşıb. Onun sözlərinə görə, əvvəllər "Vaz 2106” və "Vaz 2107” avtomobilləri gənclərin avtomobili kimi rəğbət qazanmışdısa, yol polisinin bu avtomobilləri "qaralaması” "Niva”ların onların yerini tutmasına səbəb olub. Ona görə də, real qiyməti 7-10 min manat olan "Niva” avtomobilləri xarici modellərin ehtiyat hissələri ilə yığılaraq hətta 30 min manata satılır.
«Mercedes E 220» modelləri 1500-2000 manat bahalaşıb
Qiymətlərdəki yüksəliş alman avtomobillərindən də yan keçməyib. V.Hüseynov bildirib ki, əvvəllər istehsal tarixi 1999-2000-ci il olan "Mercedes C 180” avtomobillərinə maraq çox olduğu halda, indi daha çox "Mercedes E 220 və E270 modelləri daha çox satılır.Buna səbəb isə avtomobilin dizel mühərrikli olması, az yanacaq işlətməsi və daha möhkəm olmasıdır. Alıcıların artması bu avtomobillərin qiymətini 10-15% artırıb. Məsələn, 10 min manata satılan "Mercedes E 220” hazırda 11500-12000 manata təklif edilir.
Əksinə, "Mercedes C 180” modelləri isə 1000 manata kimi ucuzlaşıb. Bir ay əvvəl 9 min manata satılan bu avtomobili indi 8 min manata da almaq olar.
Böyük mühərrikli «Cip»lərə baxan yoxdu
Qənaətcil və kefiyyətli olmasına görə bəzi modellər bahalaşsa da, iri mühərrikli modellər ucuzlaşmaqda davam edir. V.Hüseynov bildirib ki, avtomobil bazarı iri mühərrikli "Porsche Cayenne” və "Galendevagen” modelləri dolu olsa da, üzünü çevirib baxan belə yoxdu. Səbəb isə çox sadədir. Artıq 5.5-6.3 l mühərrikli avtomobili sürmək heç kimə sərf etmir.Bu krossoverlər 15-27 min dollar ucuzlaşıb. Məsələn, 2004-cü ilin 4.4 l mühərrikli "Porsche Cayenne” avtomobili əvvəl 40 min dollara satıldığı halda, indi 12-13 min dollara təklif edilir. Və yaxud 50 min dollarlıq 5.5 l mühərrikli "Galendevagen” 30-35 mil dollara kimi ucuzlaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Maşın bazarında şok qiymətlər: “Prado” 17 min, "Santa Fe” 13 minə satılır
Bakıda avtomobil satışı dirçəlməyə başlayıb. Bu barədə fins.az-a avtomobil bazarından bildirilib. Satıcıların sözlərinə görə, Novruz bayramından sonra şənbə və...