MM ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələri son oxunuşda təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə müəyyən edilən cərimələr son oxunuşda təsdiqlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə 150 manat məbləğində cərimə ediləcək.
Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə 200 manat məbləğində cərimə ediləcək.
Layihə səs qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...