Məktəblərdə tədris ilinin uzadılması ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov son zamanlar tədris ilinin sentybrın 1-də başlayıb mayın 25-də bitməsinə dair yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS C. Valehov bu barədə öz şəxsi Facebook səhifəsində yazıb. Bildirib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: "Son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas diqqət ona yönəldilir ki, tədris ili 1 sentyabrda başlansın -25 mayda bitsin. Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər.
Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik. P.S. Biz hələ 12 illik təhsilə də keçməliyik.".
Aynur.Ə
BAKU.WS
Oxşar xəbərlər
Dərslərin may ayında bitəcəyi xəbərinə RƏSMİ AÇIQLAMA
Məktəblərdə tədris ilinin müddətinin bu il may ayına qədər olacağı ilə bağlı xəbərlər yayılıb. BAKU.WS-in redaksiyasına müraciət edən valideynlər tədris müddə...