Məktəbin 46 manata görə qazını kəsdilər – SƏBƏB BİLİNDİ

Məktəbin 46 manata görə qazını kəsdilər – SƏBƏB BİLİNDİ
Sosial 4671
Cəlilabad rayonunda şəhər mərkəzinə ən yaxın kəndlərdən olan Fərzili kəndində yeni istismara verilən məktəbin borca görə qazı kəsilib.BAKU.WS xəbər verir ki, bu barədə Kütləvi İnformasiya Vasitələrində bildirilib. Verilən məlumata görə, kənddə yeni modul tipli məktəb istifadəyə verilib.Bildirilib ki, bu yaxınlarda məktəbə verilən təbii qaz kəsilib. Qeyd edilir ki, məktəbin 46 manat qaz pulu borcuna görə Cəlilabad Qaz İstismar İdarəsinin əməkdaşları məktəbin qaz xəttini kəsib.Məsələ ilə bağlı BAKU.WS-ə Cəlilabad Rayon Qaz İstismarı İdarəsindən bildirilib ki, artıq problem həllini tapıb. Qeyd edilir ki, mətkəbə təbii qazın verilişi bərpa olunub.Qazın kəsilməsi isə Cəlilabad Rayon Təhsil Şöbəsi və Cəlilabad Rayon Qaz İstismarı İdarəsi arasında müqavilə olmaması səbəbindən baş verib. Hazırda həmin müqavilənin imzalanması istiqamətində iki qurum arasında danışıqlar aparılır. Ona qədər isə məktəbin qaz problemi həll olunub.İşlədilən qazın pulu isə müqavilə bağlanandan sonra, verilən kod üzrə ödəniləcək.Ziya SƏCCADBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər