MİQ üzrə vakansiya seçimi mərhələsinə start verilir
Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Namizədlər 26 iyul saat 11:00-dan 27 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.
BAKU.WS xəbər verir ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Oxşar xəbərlər
Avtomobillər səkini ZƏBT ETDİ - piyadalar çətinlik çəkirlər
Bakıda səkinin nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi ilə bağlı şikayət daxil olub. BAKU.WS-in "qaynar xətt"inə ünvanlanan müraciətdə qeyd olunur ki, Əbd...