Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.
N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üşün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ - FOTO
Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində yerində fəaliyyət bərpa edilir. Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi...