Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi - FOTO/VİDEO

Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi - FOTO/VİDEO
Foto Video
Sosial 713

Sumqayıt şəhərində Nazirlər Kabineti yanında operativ qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb edildikləri ortaya çıxıb.

Görülən tədbirlər nəticəsində kursun direktoru T.Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sərt karantin rejiminə əməl etməyənlər həbs olunacaq - QƏRAR

Sərt karantin rejiminə əməl etməyənlər həbs olunacaq - QƏRAR

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əl...

2091 Sosial 18:27 19 iyun 2020

Son xəbərlər