Mingəçevirdə zirzəmiyə atılmış körpə tapılıb
Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
***10:44
Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə atılmış körpə uşaq tapılıb.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində qeydə alınıb.
Ətrafdakıların köməyi ilə körpə xilas edilərək təcili olaraq xəstəxanaya çatdırılıb.
Körpənin kimliyi və onu zirzəmiyə kimin atması hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Jurnalistikanı bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər
Məhkəmələrdə Hüquqşünaslıq ixtisası ilə yanaşı bir neçə ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər. BAKU.WS "Report"a istinadən xəbər verir k...