Mingəçevirdə sosial evlər TİKİLƏ BİLƏR
Mingəçevir şəhərində mənzilə böyük ehtiyac var, odur ki, burada sosial evlərin tikintisi məsələsinə diqqət yetirilməlidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə şəhid ailələri və qazilər üçün bina tikilib, mənzilləri paylanılıb, ikinci bina da tikilir. Eyni zamanda sosial evlərin tikintisi ilə bağlı şəhər icra hakimiyyəti ilə danışıqlar gedir. Amma mən istəyərdim ki, bu sistemli olsun, bir-iki layihə ilə başa çatmasın. Mingəçevirlə yanaşı, Şəki, Gəncə, Lənkəran və digər şəhərlərdə sosial evlərin tikintisi hökumət qarşısına bir vəzifə kimi qoyulsun.
İkinci təklifim bundan ibarətdir ki, əgər biz yerlərdə biznes təşəbbüskarlığın artırılmasını istəyiriksə, orada verilən biznes kreditlərinin faizi Bakıdakından xeyli aşağı olmalıdır. Belə olsa, yerlərdə təşəbbüskarlıq artar, gənclər öz şəhərlərində aşağı faizli kreditlərlə kiçik yaxud böyük bizneslərini açarlar, regionlarda iş yerlərinin açılmasına, biznes inkişafına böyük dəstək olar", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Ağdamda əmək yarmarkası keçiriləcək
Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Na...