Millət vəkili Gəncədəki biabırçılıqdan yazdı: "Əgər bu doğrudursa..."

Millət vəkili Gəncədəki biabırçılıqdan yazdı: Əgər bu doğrudursa...
Sosial 2917
 

"Gəncədə bir "insan"ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini "nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm".

BAKU.WS Moderator.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Gəncədə əminin iki uşaq anası olan qardaşı qızı ilə evlənməsinə münasibət bildirərkən deyib. 

Millət vəkili həmçinin qeyd edib ki, onların hər iksinin psixoloji vəziyyətləri normal deyil:

"Bu çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nigaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq."

BAKU.WS

Son xəbərlər