Milli Qəhrəman Pəncəli Teymurovun anası: "Xəbəri eşidəndə sevincdən gözlərim doldu"
"Oğlumun qəhrəman olduğunu bilirdim və inanırdım ki, dövlət başçısı oğluma yüksək dəyər verəcək".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu şəhid Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib.
"Bu gün Zəfərimizin 5-ci ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev bizi ikiqat sevindirdi. Allah ona cansağlığı versin. Prezidentimizə, Birinci vitse-prezidentimiz Mehriban Əliyavaya təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin", - Vahimə Teymurova əlavə edib.
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib ki, bu gün ailəsinin sevincinin həddi-hüdudu yoxdur: "Cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirdə idim. Prezident İlham Əliyevin qardaşım Pəncəli Teymurovla bağlı Sərəncam imzalaması, ona Milli Qəhrəman adı verməsi barədə məlumat aldım. Xəbəri eşidəndə sevincdən gözlərim doldu. Dövlət başçısına təşəkkürümüzü bildirirəm. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin".
Oxşar xəbərlər
Kənar dairəvi yolda buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb
Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Bu səbəbdən yol-nəqliyyat hadisə...