Milli Məclisin payız sessiyası başa çatıb
Milli Məclisin spikeri Sahibə Qafarova 2025-ci ilin payız sessiyasının başa çatdığını bildirərək sessiya ərzində görülmüş işlər haqqında qısa məlumat verib.
BAKU.WS-in məlumatına görə, ötən payız sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən spiker bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.
Spiker diqqətə çatdırıb ki, payız sessiyasında Milli Məclisin 16 plenar iclası, 86 qanun və qərar layihəsi qəbul edilib.
Milli Məclisin payız sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Sədr payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da qanunverici orqanın payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
Oxşar xəbərlər
"Ömrümdə belə hadisə görməmişdim" - Qubada qarın hündürlüyü üç metri keçib
Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Susay-Xınalıq avtomobil y...