Millət vəkili BNA rəhbərindən şikayət etdi: "Onun deputatla belə danışmağa nə ixtiyarı var?"
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən neçə ildir ki, deputatam. Ancaq heç vaxt görməmişəm ki, dövlət qurumunun rəhbəri deputatla belə danışsın”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
“Mən avtomobillə yolla gedirdim. Bir də gördüm ki, mənə zəng gəlir. Açdım və telefonda mənə BNA-nın rəhbəri Vüsal Kərimli dedi ki, Rüfət, sənin mənlə problemin var, ya mənim qurumumla? Bir dövlət qurumunun rəhbərinin deputatla belə danışmağa nə ixtiyarı var? Mən bu məsələ ilə bağlı hörmətli Sədr (Milli Məclisin Sədri Sahibə Qafarova nəzərdə tutulur), sizə də müraciət etmişəm. Buna son qoyulmalıdır”, - deputat əlavə edib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...