MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC yaşayış komplekslərində liftlərin təmiri, ehtiyat hissələri ilə təmin edilməsi və servis xidmətlərinin göstərilməsi ilə bağlı satınalma elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 170 min 427 manat 32 qəpik təşkil edir.
Layihə çərçivəsində yaşayış komplekslərində 545 liftə texniki xidmət göstərilməsi nəzərdə tutulur.
Xidmətlər zamanı liftlərin idarəetmə stansiyaları və giriş qurğuları yoxlanılacaq, elektrik məftilləri və kontaktların vəziyyətinə nəzarət ediləcək. Həmçinin əyləc sistemlərinə texniki baxış keçiriləcək, onların təmizlənməsi və sazlanması həyata keçiriləcək.
Görüləcək işlər nəticəsində liftlərin texniki vəziyyətinin yaxşılaşdırılması, nasazlıqların vaxtında aşkarlanaraq aradan qaldırılması və yaşayış komplekslərində sakinlərin daha təhlükəsiz və fasiləsiz lift xidmətindən istifadə etməsi gözlənilir.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...