Metronun "Cəfər Cabbarlı-Xətai" sahəsində interval 5 dəqiqə azaldılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunun "Cəfər Cabbarlı-Xətai" mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlum olduğu kimi, "Cəfər Cabbarlı" stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.
Qeyd edək ki, qatar hərəkətinin təhlükəsizliyini təmin edən sistemlərdə aparılmış texniki optimallaşma, sürət tənzimləmə sistemlərinin hərəkət sxeminə uyğunlaşdırılması və maşinistlərin iş rejimində edilmiş dəyişikliklər sayəsində belə bir nəticəyə nail olunub.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin davamlı şəkildə həyata keçirilməsi bundan sonra da diqqət mərkəzindədir.
Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...