Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu yeniliklər olacaq

"Ərazidə ətraf mühitə təsirlərin qiymətləndirilməsi aparılaraq, müvafiq planlama işləri görülüb. İlk növbədə ağacların köçürülməsi ilə yanaşı, onlara qulluğun göstərilməsi üçün tədbirlər planlaşdırılıb".
Bunu BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi əlavə edib ki, deponun layihələndirilməsi zamanı yaşıllıq zonaları salınaraq, ərazidə 1000-dək ağac və mövsümi güllərin əkilməsi nəzərdə tutulub:
"Yaşıllıqlar salınarkən bitki örtüyünün ərazinin xüsusiyyətlərinə uyğunluğuna diqqət ediləcək. Həmçinin ərazidə qurulacaq xidməti və istehsalat sahələri üçün ekoloji tələblər müəyyən edilib.
Buna nümunə olaraq, ərazidə sudan qənaətlə istifadə olunması, qataryuma sahəsində istifadə edilmiş suyun təkrar emalı, tullantıların utilizasiyası proqramı kimi vacib məsələlər də nəzərdə tutulub. Gələcəkdə Günəş panellərindən istifadə olunması da planlaşdırılır".

Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk şəxslərdən biri DANIŞDI
22 yaşlı qadın meyitdən köçürülən qaraciyərlə yaşayır. Mənzər Şərifova Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk insanlardandır. BAKU.WS Xəzər TV...
