Metroda qatar niyə gecikib? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Metroda qatarın gecikməsi sıxlığa səbəb oldu.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu gün səhər saat 8 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatar 7 dəqiqə gecikib.
Gecikmə platformada sərnişin sıxlığına səbəb olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında gecikməyə ehtiyat qatarın xətdə dövrə vurmasının səbəb olduğunu deyib:
“Qatarların hərəkətində, metro xətlərində hansısa problem yaşanmayıb. Qatarlarda nasazlıq baş verməyib. Son bir ay ərzində sərnişin sayı və buna uyğun sıxlığında artım müşahidə olunur.
Hər gün monitorinqlər aparılır. Ehtiyat qatarların xəttə verilməsi monitorinqin və gündəlik sərnişin axınının xüsusiyyətlərinə uyğun olaraq nəzarətdə saxlanılır və tənzimlənir”.
Oxşar xəbərlər
Metro işçilərindən metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar
“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçil...