Metroda gedişhaqqının bahalaşacağı xəbərlərinə RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi sabahdan etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən Bakı-Sumqayıt-Bakı reysinin qiyməti 1 AZN civarında müəyyənləşib.
Bu, "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə daxil olan məlumatda bildirilib.
Bu xəbərdən sonra metroda gediş haqqının qiymətinin artırılması məsələsi gündəmə gəlib. Bununla bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Nəsimi Paşayev bildirdi ki, qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Məlumatı Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də təsiqlədi.
"Bakı metrosunda gedişhaqqının qaldırılması ilə bağlı heç bir müraciət daxil olmayıb və belə bir məsələ müzakirə mövzusu deyil".
Qeyd edək ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
Aynur Ələkbərova
BAKU.WS
İstiqamət | Tarif (manatla) | |
| ekonom | biznes | |
| Bakı-Sumqayıt (Sumqayıt-Bakı) | 1,00 | 1,60 |
| Bakı-Biləcəri (Biləcəri-Bakı) | 0,40 | 1,20 |
| Bakı-Xırdalan (Xırdalan-Bakı) | 0,60 | 1,40 |
| Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) | 0,40 | 0,80 |
| Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) | 0,80 | 1,40 |
| Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) | 0,60 | 1,20 |
Oxşar xəbərlər
Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI
Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb. Bu barədə Trend-ə...