“Mənə maraqlı deyil” - Əkizləri geyindirən modelyer danışdı

Son günlər sosial şəbəkələrdə “Eurovision 2023” mahnı müsabiqəsində iştirak edən əkiz qardaşlar Tural və Turan Bağmanovların geyim seçimi insanlar tərəfindən müzakirələrə səbəb olub. Belə ki, istifadəçilərin bir qismi əkizlərin geyiminin Azərbaycan mədəniyyətinə uyğun olmadığını iddia edib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan "Parcha studio”nun rəhbəri, əkiz qardaşların modelyeri Aysel Sadıqova deyilən sözlərlə maraqlanmadığını deyib:
“Bizim insanların əksəriyyətinə nəyisə bəyəndirmək çətindir. Bu barədə kimin nə dediyi mənə maraqlı deyil. Əsas olan Avroviziya münsifləri tərəfindən geyimin bəyənilməsidir və buna da nail oldum. Gerisi boşdur”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
