Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı
Sosial 2646

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. .

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb. BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyi APA-nın sorğusuna cavab olaraq açıqlayıb ki, “Ümumtəhsil məktə...

886 Sosial 14:55 30 dekabr 2019

Son xəbərlər