Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyi APA-nın sorğusuna cavab olaraq açıqlayıb ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.
Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar).
- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Oxşar xəbərlər
Təhsil Nazirliyindən məktəblilərin qış tətili ilə bağlı qərar
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun mü...