Məktəblərlə bağlı daha bir SEVİNDİRİCİ XƏBƏR
Ölkənin müxtəlif bölgələrində yerləşən təhsil müəssisələrində təmir işləri aparılacaq.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən açıq müsabiqə elan olunub.
Layihənin dəyəri 9 milyon 827 min 658 manat 60 qəpik müəyyən edilib.
Satınalma çərçivəsində təhsil ocaqlarında müxtəlif təmir işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu tenderin icrası nəticəsində məktəblərdə daha sağlam, təhlükəsiz və müasir tədris mühiti formalaşacaq. Şagirdlər və müəllimlər üçün şəraitin yaxşılaşdırılması həm də təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir"
"Cibinizdə daşıdığınız, ovcunuza sığan və bəlkə də bir çox qlobal problemləri evinizə qədər daşıyıb gətirən o balaca ekranların arxasında əslində böyük döyüşlər...