Məktəblərdə şagird sıxlığı necə tənzimlənəcək? - RƏSMİ AÇIQLAMA (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəblərdə şagird sıxlığı müxtəlif üsullarla tənzimlənəcək”.
BAKU.WS-in xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.
O bildirib ki, sinif komplektlərinin müxtəlif vaxtlarda məktəbə gəlməsi təklif olunur: “Siniflərin yarısı həftənin 3 günü, digər yarısı isə 3 günü gələ bilərlər. Məktəblərə növbəli dərs rejiminə keçmək təklif olunur. Şagirdlər hətta 3 növbədə də gələ bilərlər.
Sinifdaxili sıxlığa gəldikdə isə, sinif daxilində 1,5 metr ara məsafəsi saxlanılmalıdır. Əgər bu sıxlıq həmin məsafəni qorumağa imkan verməsə, sinif qruplara bölünəcək, onların hər biri üçün ayrıca dərs cədvəli hazırlanacaq.
Bu zaman əsas sual budur ki, müəllimin dərs yükü çoxalacaqmı? Əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında yarı bölünəcək”.
Qalereya
Oxşar xəbərlər
Məktəblərdə dərslər necə təşkil olunmalıdır?
Nazirlər Kabineti Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin tarixlərini təsdiqləyib. BAKU.WS “report”a ist...