Höküməli qəsəbəsində ərazi təmizlənib

Abşeron rayonu Höküməli qəsəbəsində qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, artıq ərazi təmizlənib.

***06.12.2024 - 21:12
Abşeron rayonunun Hökməli qəsəbəsində vətəndaşlar antisanitariya vəziyyətindən şikayətçidirlər.
Sakinlərin BAKU.WS-in "qaynar xətti"nə etdikləri şikayətə görə, qəsəbədə məktəbin yanında ərazi zibilxanaya çevrilib.
Ətrafda yaşayan insanlar və ərazidən keçənlər üfunət içərisində boğulurlar. Hətta əraziyə heyvan cəsədləri də atırlar.
"Gecələr buradan keçmək mümkün deyil. İtlər adamın üstünə cumur. Yağış yağanda ərazi biabrıçı vəziyyətə düşür. Bu istiqamətə nə taksilər gəlir, nə də təcili yardım. Deyirlər ki, biz zibilxanaya girmirik", - deyə şikayətçi bildirib.
Dəfələrlə aidiyyatlı orqanlara şikayət olunsa da, heç bir tədbir görülməyib.
Ərazidən çəkilən görüntüləri təqdim edirik:
Qalereya

Oxşar xəbərlər
Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR
Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər. Bild...