Məhkəmə Şəmkirdə arvadını öldürən şəxslə bağlı qərar verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Apellyasiya Məhkəməsində Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahəddin Atakişiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucova ötən il dekabrın 7-də qətlə yetirilib.
Məlum olub ki, Mahəddin Atakişiyev aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Mahəddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Rüşvətdə ittiham olunan keçmiş müstəntiq yenidən məhkəmə qarşısında
Bakıda dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Müşfiq Abbasovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. BAKU.WS pravda.az-a istinadə...