"Mədəniyyət evi", yoxsa xarabalıq? - VİDEO
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda qəzalı vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Baxımsızlıq səbəbindən binanın pəncərələri sınıb, qapı və döşəmələri çürüyüb, divarlarında isə dərin çatlar yaranıb. Dam örtüyü sıradan çıxdığı üçün yağıntı suları tavanın aşınmasına səbəb olub. Binanın zal hissəsi isə tullantılarla dolub.
Sözügedən vəziyyətlə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət müəssisələrinin dayanıqlığının və xidmət səviyyəsinin ölçülməsi üçün mütəmadi monitorinqlər aparılır:
"Monitorinqlərin nəticələri əsasında müəssisələrin fəaliyyəti qiymətləndirilir. Yeni mədəniyyət infrastrukturunun qurulması məqsədilə prioritetlər müəyyənləşdirilir və müvafiq layihələr hazırlanır".
Oxşar xəbərlər
Yağışlı havada piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir?
Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində...